Xəbər lenti

Polşa ABŞ-ın nüvə silahlarının ölkədə yerləşdirilməsinə hazırdır - Yaroslav Kaçinski
Dünya10:51 03.04.2022

Polşa ABŞ-ın nüvə silahlarının ölkədə yerləşdirilməsinə hazırdır - Yaroslav Kaçinski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Polşa öz ərazisində ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır. Varşava bu məsələdə Vaşinqtonun təşəbbüsünü gözləyir".
Qaynarinfo "Spiegel"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsinə Polşanın baş nazirinin müavini Yaroslav Kaçinski deyib.
"Əgər amerikalılar bizdən ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyi xahiş etsələr, buna razılaşarıq. Bu, Rusiya təhlükəsini xeyli neytrallaşdırar" deyə Kaçinski bildirib.
Baş nazirin müavini əlavə edib ki, hələlik ABŞ-ın nüvə silahlarının Polşada yerləşdirilməsi barədə müzakirələr aparılmır, lakin "vəziyyət tezliklə dəyişə bilər”. 
Kaçinski həmçinin qeyd edib kiəlavə edib ki, belə bir təşəbbüs Vaşinqtondan gəlməlidir.
Aydın