Dünya 18:15 11.04.2023

Polşa baş nazirindən Makronun ABŞ-la bağlı qalmaqallı açıqlamasına reaksiya

Polşanın Baş naziri Mateuş Moravetski Fransa prezidenti Emmanuel Makronun danışdığı "strateji muxtariyyət” siyasətinin Avropada təbliğinə qarşı xəbərdarlıq edib. O, ABŞ-la əməkdaşlığı inkişaf etdirməyə çağırır.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə ABŞ-a səfəri zamanı Fransa liderinin Çinə səfərindən sonra qalmaqallı bəyanatı fonunda bildirib.

Moravetskinin sözlərinə görə, indi Vaşinqton Avropanın, xüsusən də şərq hissəsinin təhlükəsizliyinin təminatçısıdır, ona görə də Varşava strateji tərəfdaşlığı inkişaf etdirmək istəyir.

"Bəzi Qərb liderləri hamı ilə, o cümlədən Rusiya və Uzaq Şərqdəki bəzi güclü dövlətlərlə əməkdaşlıq etmək arzusundadırlar. Biz buna qarşı xəbərdarlıq edirik, təbii ki, hamı ilə sülh içində yaşamaq istəyirik. Lakin mən ABŞ-dan strateji muxtariyyət qurmaq əvəzinə, ABŞ-la strateji tərəfdaşlıq təklif edirəm”, - Polşanın Baş naziri bildirib.

O vurğulayıb ki, Polşa iki ildən az müddətdən sonra Aİ-yə sədrlik edəcək və Varşava "ən mühüm bəndi”nin  məhz transatlantik əməkdaşlıq, Aİ və ABŞ birliyinin olmasını istəyir. 

Makron Çinə üç günlük səfərindən sonra mətbuata qalmaqallı müsahibə verib. Xüsusilə, o, Avropanın Tayvanla bağlı nə ABŞ-ın, nə də Çinin "davamçısı” olmaması ideyasını qeyd edib, belə ki, o mövqe Aİ-ni "başqasının böhranları”na cəlb olunması riski daşıyır. O, həmçinin Aİ-nin strateji muxtariyyətinin gücləndirilməsini və "ABŞ-ın xarici siyasət hədəfləri ilə razılaşmaq” istəyini azaltmağı təklif edib. 

Nizami Bağırov