Polşa daxili işlər nazirinin müavini Maçey Vasik çərşənbə günü bildirib ki, Polşa Belarusla sərhədə 2000 hərbçi göndərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
"Bu gücləndirmə 1000 yox, 2000 əsgər olacaq. Qərarı Təhlükəsizlik Komitəsi və müdafiə naziri Mariuş Blaşçak verib”, deyə Vasik bildirib.
Bazar ertəsi Maçey Vasik Sərhəd Xidmətinin Polşa-Belarus sərhədinə əlavə 1000 əsgər göndərilməsini tələb etdiyini bildirmişdi. Nazir müavini qeyd edib ki, hazırda miqrantların Polşaya qanunsuz daxil olmasına bütün cəhdlər Belarus hakimiyyəti tərəfindən təşkil edilir.
"Əgər qarşı tərəfdə qaçaqmalçılıq xidmətləri yox, real sərhədçilər olsaydı, bu keçidlər ümumiyyətlə olmazdı”, deyə Maçey Vasik əlavə edib.
Aydın