Xəbər lenti

Polşa, lazım gələrsə, Belarusu Avropadan tamamilə ayırmağa hazırdır
Dünya15:15 01.09.2023

Polşa, lazım gələrsə, Belarusu Avropadan tamamilə ayırmağa hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa Baltikyanı ölkələrlə birlikdə Belarusla sərhəddə ciddi insidentlərin baş verəcəyi təqdirdə konkret addımlar atmağa hazırdır.
Qaynarinfo Wprost-a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.
"Biz Minskə çox aydın siqnal verdik. Polşa, Latviya və ya Litvanın Belarusla sərhədində istənilən təxribatın rejim üçün çox böyük nəticələri olacaq. Siqnal sərt, birmənalı idi", - Kaminski bildirib.
Nazir Polşa, Latviya, Litva və Estoniya daxili işlər nazirlərinin birgə iclasında "kritik insident” baş verəcəyi təqdirdə Belarusla sərhədin tamamilə bağlanması ilə bağlı qəbul edilən qərarı da xatırladıb.
"Əgər təxribat olarsa, kritik insident olarsa, Belarusun Avropa və Aİ ilə bütün sərhəd-keçid məntəqələri dərhal bağlanacaq”, - Polşa Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Nizami Bağırov