Mənim ölkəm Rusiyanın Ukraynaya qarşı müharibəsinə girmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda deyib.
"Mən bunu çox açıq şəkildə bildirmək istəyirəm: Polşa müharibədə iştirak etməyəcək. Xahiş edirəm ki, belə qorxular olmasın və sizdən xahiş edirəm, bizim hardasa hazırlaşmağımız, müharibədə iştirak etmək istədiyimiz, hazırda Polşa əsgərlərini və ya Polşa hərbi silahlarını müharibəyə göndərməyimiz kimi məlumatlara inanmayın", - Duda deyib.
Onun sözlərinə görə, o, polşalı əsgərlərin döyüşmək məcburiyyətində qalmayacağına inanır.
"Əlbəttə, əgər ölkəmizi müdafiə etmək lazımdırsa, biz onu müdafiə edəcəyik, lakin heç bir şey bizim hücum edəcəyimizi göstərmir”, – Polşa prezidenti bildirib.
UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 2-də Almaniya kansleri Olaf Şolz da NATO-nun Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibədə iştirakını istisna edib.
Alpər