Xəbər lenti

Polşa parlamenti bu gün yeni hökuməti seçəcək
Dünya08:43 11.12.2023

Polşa parlamenti bu gün yeni hökuməti seçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa parlamenti bazar ertəsi, dekabrın 11-də yeni hökuməti təsdiqləmək üçün səs verəcək. Gözlənilir ki, axşam saatlarında müxalifət qüvvələrinin namizədi Donald Tusk yeni baş nazir seçiləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə RMF24-ə istinadən "Yevropeyska pravda" məlumat yayıb.
Parlament seçkilərində formal qalib olan hazırkı baş nazir Mateuş Moravetski hökuməti təsdiqləmək üçün Seymdə kifayət qədər səs toplamağa çalışacaq.
Hökumətyönlü qüvvələrdən olan deputatların cəmi 191 mandatı, müxalif siyasi qüvvələrin koalisiyasının - "Vətəndaş platforması”, "Üçüncü yol” və "Levitsa”nın isə 248 mandatı var, ona görə də Moravetski hökumətinin təsdiq olunmayacağı gözlənilir.
Bundan sonra baş nazir və hökumətin təyin edilməsi təşəbbüsü Seymə keçəcək. "İkinci konstitusiya addımı” adlanan bu prosedurun başlaması və sonrakı müzakirələr saat 18:30-a təyin edilib. Baş nazirin seçilməsi üçün səsvermə saat 22:00-da baş tutmalıdır.
Çərşənbə axşamı, dekabrın 12-də səhər saat 9:00-da yeni baş nazir öz proqramını və hökumət tərkibini təqdim etməli və səsvermə saat 15:00-da baş tutmalıdır.
Xatırladaq ki, ötən cümə günü Tusk hökumətinin tərkibini təqdim edib.
Nizami Bağırov