Dünya 22:25 30.05.2023

Polşa Rusiya və Belarus yük maşınları üçün sərhədi bağlayır – Fərman

Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski bazar ertəsi günü iyunun 1-dən Rusiya və Belarus avtomobillərinin Belarus sərhədindən yük daşımalarının dayandırılması haqqında fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə PAP yazır.

Qərarda nəzərdə tutulur ki, Polşa "əlavə göstərişlərə qədər” Belarus və Rusiyada qeydiyyatdan keçmiş yük maşınları, qoşqular və yarımqoşquların Belarus ərazisindən keçməsinə icazə verməyəcək.

Bu addım Polşa Daxili İşlər Nazirliyi tərəfindən Belarusdakı polyak azlığının fəalı, Belarusdakı Polyaklar İttifaqının həmsədri Ancey Poçobutun həbsinə cavab olaraq 365 belarus məmuruna qarşı sanksiyalarla yanaşı hazırlanıb.

Nazirliyin rəhbəri Kaminski fevral ayında, birinci instansiya məhkəməsi tərəfindən Poçobutun məhkum edilməsinin ertəsi günü sanksiyaların hazırlanması barədə göstəriş verib. Bu hökmdən iki gün sonra Polşa Bobrovnikidəki Polşa-Belarus avtomobil sərhəd keçidində növbəti xəbərdarlığa qədər hərəkəti dayandırıb.

Bobroviki keçid məntəqəsinin bağlanmasından sonra Belarus tərəfi məhdudiyyətlər qoyub, buna görə Polşa daşıyıcıları Belarusun Litva və Latviya ilə sərhədində sərhəd keçidlərindən istifadə edə bilmirlər.

Xatırladaq ki, ötən həftə Rusiya Nazirlər Kabineti Polşa yük maşınlarının Rusiya Federasiyası ərazisindən keçməsinə qadağa qoyulması məsələsinə baxıldığını elan etmişdi.

Nizami Bağırov