Xəbər lenti

Polşa Rusiyanın endirdiyi zərbələrə görə yenə qırıcılarını səmaya qaldırdı
Dünya 12:42 07.06.2024

Polşa Rusiyanın endirdiyi zərbələrə görə yenə qırıcılarını səmaya qaldırdı

Polşa müttəfiq ölkələrlə birlikdə Rusiyanın Ukraynaya hücumuna görə hərbi təyyarələrini səmaya qaldırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə X şəbəkəsində Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı (OK) məlumat yayıb.

"Diqqət, Polşa və müttəfiqlərin təyyarələri hava məkanımızda fəaliyyətə başlayıb ki, bu da xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər.

Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasından qanadlı raketlərdən, "Şahed” tipli pilotsuz uçuş aparatlarından və xüsusən də Ukraynanın qərbində yerləşən hədəflərə ballistik raketlərdən istifadə etməklə hücumlarla bağlı intensiv aktivlik müşahidə olunub”, - məlumatda deyilir.

Polşa əməliyyat komandanlığı xatırladıb ki, Rusiya aviasiyasının Ukraynanın qərbinə zərbələr endirdiyi son fəaliyyəti bu il mayın 31-dən iyunun 1-nə keçən gecə qeydə alınıb.

Daha sonra OK hava əməliyyatının "Rusiya təyyarələrinin ərazimizlə həmsərhəd ərazilərdə raket zərbələri təhlükəsi səviyyəsinin azalması” səbəbindən başa çatdığını bildirib.

"Bu gecə Polşanın bütün hava hücumundan müdafiə sistemi üçün çox gərgin keçdi, çünki Rusiya Hərbi Hava Qüvvələrinin iri uzunmənzilli raket hücumu Ukraynanın bütün ərazisini, o cümlədən Polşa ilə həmsərhəd rayonları əhatə edib”, - mesajda deyilir.

Operativ Komandanlıq vurğulayır ki, Polşa ordusu "Ukrayna ərazisindəki vəziyyəti davamlı olaraq izləyir və Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün daim döyüş hazırlığındadır”.

Qeyd edək ki, iyunun 7-nə keçən gecə Rusiya Ukrayna ərazisinə növbəti kütləvi zərbə endirib.
Kiyev vilayətində sənaye müəssisəsində yanğın baş verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->