Dünya 10:00 07.02.2023

Polşa Saakaşvilini müalicəyə götürmək istəyir - Aİ-də imza toplanır

Polşa Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilini müalicəyə qəbul etməyə hazırdır və Gürcüstan hakimiyyətinə müvafiq müraciət üçün Avropa İttifaqında imza toplayır.

Qaynarinfo bu barədə "Polşa radiosu”na istinadən xəbər verir.

Polşanın təşəbbüsü ilə hazırlanan məktub cümə axşamı Aİ sammitindən əvvəl Tbilisi hakimiyyətinə göndərilməlidir. Orada xüsusilə qeyd olunur ki, Saakaşvili müalicə müddəti ərzində Avropa İttifaqının ərazisində olarkən ictimai və siyasi fəaliyyətlə məşğul olmayacaq.

"Polşa radiosu”nun tanış olduğu məktubun fraqmentində deyilir: "Əgər Mixail Saakaşvili ölsə, onun ölümü Gürcüstanın Avropa İttifaqı, ABŞ və NATO ilə münasibətlərinə kölgə salacaq”.

Məktubda Rusiyanın Ukraynaya hücumu da xatırlanır və qeyd edilir ki, Ukrayna da Gürcüstan kimi Rusiya imperializminin növbəti qurbanıdır.

Nizami Bağırov