Polşanın baş naziri Mateus Moravicki Avropa boyu Ukraynaya dəstək kampaniyası başlayıb.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə "Dziennik Gazeta” məlumat
yayıb.
Nazir Avropa boyu başlatdığı kampaniya ilə Avropanın vicdanını oyatmağa və bəzi ölkələri Rusiya ilə iqtisadi əlaqələrdən çəkindirməyi hədəfləyib.
Mateus "StopRussiaNow” kampaniyası ilə Kremllə tezliklə yaxşı münasibətləri bərpa etməyə çalışan avropalı liderlərə müraciət ediyini bildirib.
"Putin müharibə cinayətləri və soyqırım daxil xüsusi hərbi əməliyyat hazırlayıb. Ukrayna küçələrində baş verənlər bizi şok etdi, ancaq qısa müddətliyinə”, - deyə nazir deyib.
O bildirib ki, kampaniyasının Ukraynanın şəhələri, kəndləri və qəsəbələrində vəhşicəsinə öldürülənlərin harayı olmasını istəyir.
Bildirilir ki, kampaniya şəkillərinin olduğu ilk maşınlar Avropa şəhərlərinə tura çıxıb. Lövhələrdə Avropadakı standart həyatla Ukraynadakı müharibə dəhşətlərinin şəkilləri müqayisə edilir.
O, həmçinin özü də Qərbi Avropa paytaxtlarına gedib liderləri Rusiyaya qarşı sanksiyaları artırmaq barədə müzakirələr aparacağını bildirib.
"Almaniya, Fransa, Avstriya və İtaliya bu ölkələr Putinin müharibə maşınını maliyyələşdirməyi dayandırmaqla Ukraynadakı müharibəni bitirmək üçün əllərindən gələni etməlidirlər”, - Mateus deyib.
Qeyd edək ki, nazir həmçinin dünən mətbuata açıqlamasında Polşanın Ukraynaya döyüş tankarı göndərdiyini təsdiqləyib.
Nurlan Hüseynov