Xəbər lenti

Polşa Ukrayna üzərində Rusiya raketlərini vurmağa cəhd etsə, Moskva cavab verəcək
Dünya 14:08 19.08.2024

Polşa Ukrayna üzərində Rusiya raketlərini vurmağa cəhd etsə, Moskva cavab verəcək

Polşa Ukrayna üzərindən Rusiya raketlərini vurmağa çalışarsa, Moskva konkret və adekvat cavab verəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə müsahibəsində deyib.

Tyapkin qeyd edib ki, "bu məsələ ilə bağlı heç kimlə danışıqlar aparılmır” və Varşava Moskvanın mövqeyindən xəbərdardır. Diplomat iddia edir ki, Rusiya ordusu "hərbi təhdidləri zərərsizləşdirmək üçün” qanuni olaraq raketlər buraxır. 

"Əgər rəsmi Varşava macəra impulsuna uysa və uzaqmənzilli silahların qarşısını almağa cəhd etsə... onda onlara reaksiya adekvat və kifayət qədər konkret olacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin department rəhbəri bildirib. 

Xatırladaq ki, iyul ayında Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tusk müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Zelenskinin sözlərinə görə, burada Ukrayna üzərində Rusiya raketlərinin vurulması ehtimalı var. Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Koşinyak-Kamış bildirib ki, Varşava təkbaşına belə qərarlar qəbul edə bilməz. NATO-nun baş katibi Yens Stoltenberq həmin ay alyansın münaqişəyə müdaxilə etməyəcəyini bildirib. Almaniya kansleri Olaf Şolts da Zelenskinin Ukrayna üzərində Rusiya raketlərinin vurulması tələbini rədd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->