Dünya 14:04 25.07.2022

Polşa Ukraynaya PT-91 Twardy tankları verdi

Polşa Ukraynaya hərbi yardım çərçivəsində PT-91 Twardy tankları göndərib.

Qaynarinfo "Kresy”yə istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Silahlar Agentliyinin nümayəndəsi Kşiştof Platek bildirib.

"200-dən çox T-72 tankından sonra yaranan boşluq, müəyyən sayda PT-91 tankından sonra yaranan boşluq, burada nə qədər olduğunu deyə bilmərəm, tam və ya tamamilə bağlanacaq, çünki bunlar daha yaxşı tanklardır", - Polşa rəsmisi bildirib.

Lakin Platek Ukraynanın dəqiq neçə tank alacağını açıqlamayıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak "Telegram”da Polşa tanklarının artıq Ukraynada olduğunu bildirib. Lakin o da tankların sayını dəqiqləşdirməyib.

"Polşadan olan PT-91 Twardy artıq Ukraynadadır. Dostlarımıza təşəkkürlər", - o yazıb.

PT-91 tankı Sovet T-72M1 əsasında yaradılan Polşa silahlı qüvvələrinin əsas döyüş tankıdır. PT-91-in əsas xüsusiyyəti yerli ERAWA aktiv zirehdən istifadə edilən Twardy müdafiəsidir.

Xatırladaq ki, bir qədər əvvəl Ukraynanın Polşadakı səfiri Vasili Zvariç bildirmişdi ki, Polşa öz ölkəsinin və bütövlükdə bütün Avropanın təhlükəsizliyinin təminatını Ukraynaya hərbi yardımda görür.

Nizami Bağırov