Dünya 21:10 14.02.2023

Polşa XİN Moskva institutunun bütün məzunlarını işdən çıxardı

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Rusiya Xarici İşlər Nazirliyinin "MGIMO”su) bütün məzunları Polşa Xarici İşlər Nazirliyindən qovulublar.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Onun sözlərinə görə, artıq iki aydır ki, nazirlikdə MDBMİ məzunu yoxdur, lakin nazir işdən çıxarılan işçilərin sayını açıqlamayıb.

"Gazeta Polska Codziennie”yə müsahibəsində Zbiqnev Rau bildirib ki, MDBMİ "Rusiya imperializminin fəaliyyətinə sərmayədir” və "Sovet imperializminin böyük layihəsinin bir hissəsidir”. 

"Biz geniş şəkildə başa düşülən dekommunizasiyanın bir hissəsi olan çox vacib bir prosesi bağlaya bildik", deyə nazir qeyd edib. 

Polşada dekommunizasiya prosesinin bir hissəsi kimi bir neçə qanunvericilik müddəaları mövcuddur. 1996-cı ildə əvvəllər kommunist xüsusi xidmət orqanları ilə əlaqəli olan işçilərin dövlət qulluğundan azad edilməsini nəzərdə tutan "Lyustrasiya qanunu” qəbul edilib. 2016-cı ildən Polşada "Kommunizmin və ya başqa bir totalitar sistemin təbliğatının qadağan edilməsi haqqında” qanun qüvvədədir.

Nizami Bağırov