Xəbər lenti

Polşa yanlışlıqla Çexiyanı "işğal etdi"
Dünya09:38 15.06.2020

Polşa yanlışlıqla Çexiyanı "işğal etdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa ötən ay yanlışlıqla qısa müddətlik Çexiyanı işğal etdiyini elan edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Polşa Müdafiə Nazirliyi iki ölkənin sərhədində koronavirusa qarşı tədbirlər çərçivəsində patrul xidməti aparan polşalı əsgərlərin yanlışlıqla sərhəddin digər tərəfinə keçib, tərk edilən bir kilsədə qaldıqlarını açıqlayıb. Əsgərlər həmçinin kilsəni ziyarətə gələn Çexiya vətəndaşlarının da bölgədə gəzməyinə icazə verməyiblər.
İşğal Çexiya səlahiyyətlilərinin Varşavayla əlaqə yaratmasından sonra başa çatıb.
Çexiyanın şimal-şərqindəki Moravyada gerçəkləşən hadisədən sonra Polşa bunun yanlışlıqla baş verdiyini açıqlasa da, çex rəsmiləri Varşavadan rəsmi açıqlama almadıqlarını bildiriblər.
Camal