Polşada Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları rusiyalıları casusluqda şübhəli bilərək həbs ediblər. Onlar "Vaqner” özəl hərbi şirkətin təbliğat materiallarını paylaşırmışlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski öz "Twitter” səhifəsində
yazıb.
Onun sözlərinə görə, rusiyalılar "Vaqner”i Krakov və Varşavada reklam ediblər. Onlara qarşı ittiham irəli sürülüb.
"Daxili Təhlükəsizlik Agentliyi polislə birlikdə Krakov və Varşavada "Vaqner”in təbliğat materiallarını paylayan iki rusiyalını müəyyən edib və saxlayıb. Hər ikisi, o cümlədən casusluqda ittiham edilib və həbs olunublar", - Kaminski yazıb.
O, yaxın vaxtlarda xüsusi əməliyyatın təfərrüatlarını açıqlayacağına söz verib.
Bundan bir qədər əvvəl bildirilib ki, Krakovda "Vaqner” sıralarına qoşulmaq çağırışı ilə stikerlər peyda olmağa başlayıb. Polis araşdırmaya başlayıb.
Nizami Bağırov