Xəbər lenti

Polşada DİN-in keçmiş rəhbəri və onun müavini prezident sarayında saxlanıldı
Dünya08:41 10.01.2024

Polşada DİN-in keçmiş rəhbəri və onun müavini prezident sarayında saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Varşavada Polşa Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun keçmiş müavini Maçey Vonsiki saxlayıblar. 
Qaynarinfo "Polskie Radio”ya istinadən xəbər verir ki, Mariuş Kaminski və Maçey Vonsik dövlət başçısı Anjey Dudanın müşavirlərinin təyin edilməsi mərasimində iştirak etdikləri zaman prezident sarayında saxlanılıblar.
Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, keçmiş nazir və onun keçmiş müavini "məhkəmə qərarına əsasən” saxlanılıb.
Kaminski və Vonsik 2019-2023-cü illərdə nazir vəzifələrində çalışıblar. Keçən ilin sonunda onlar "Qanun və ədalət” partiyasından Polşa Seyminə (parlament) seçiliblər, lakin sonda mandatlarından məhrum ediliblər.
2015-ci ildə siyasətçilər 2007-ci ildə torpaq qalmaqalı ilə bağlı cinayət işində vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz əməliyyat fəaliyyətində təqsirli biliniblər. 2015-ci ildə Anjey Duda Mariuş Kaminski və Maşey Vonsiki amnistiyaya salıb. Eyni zamanda, hazırda Donald Tuskun rəhbərlik etdiyi Polşa hökuməti əmindir ki, dövlət başçısının bunu etməyə haqqı olmayıb. 2023-cü ilin dekabrında məhkəmə Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin işi üzrə yeni qərar çıxararaq, onu iki il müddətinə azadlıqdan məhrum edib.
Nizami Bağırov