Xəbər lenti

Polşada hərbi zavodda güclü partlayış baş verdi
Dünya 17:09 10.06.2024

Polşada hərbi zavodda güclü partlayış baş verdi

Polşanın cənubunda Sventokçisk voyevodalığında yerləşən "Mesko” silah zavodunda güclü partlayış baş verib. Zavodun 59 yaşlı əməkdaşı dünyasını dəyişib.
 
Qaynarinfo Polşanın "Rzeczpospolita” qəzetinə istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası və təcili tibbi yardım helikopteri hadisə yerindədir. 

"Bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində partlayış baş verib”, - "Mesko” şirkətinin rəhbəri Eljbet Srenyavska RMF FM-ə deyib: RMF FM dəqiqləşdirir ki, yanğın artıq söndürülüb. Hadisə yerində polis və prokurorluq əməkdaşları işləyir, partlayışın səbəbləri araşdırılər. 

Qeyd edək ki, Polşa Silahlar Qrupuna daxil olan "Mesko” zavodu Polşanın müdafiə sənayesi üçün strateji əhəmiyyət kəsb edən şirkətdir. O, "Piorun”  mobil zenit-raket kompleksləri istehsal edir. Bu komplekslər Ukraynaya da verilir. 

Nizami Bağırov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->