"Polşa 20-ci əsrin əvvəllərində Qırmızı Ordunun hərbi əsirlərinin qətli və işgəncələrinə görə məsuliyyət daşımalıdır. Bu cür cinayətlərin müddəti yoxdur. Rusiya Federasiyasının İstintaq Komitəsi və Baş Prokurorluğunun bununla bağlı araşdırma aparması zəruridir".
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Dövlət Dumasının sədri iddia edib ki, Pilsudskinin hakimiyyəti dövründə Polşada insanlığa qarşı cinayətlər törədilib: "1919-1921-ci illərdə
30 mindən çox əsgər və zabitimiz güllələnib, işgəncələrə məruz qalıb. İnsanlar aclıqdan, soyuqdan və xəstəlikdən ölüblər. Polşa əsir düşərgələri nasistlərinki ilə eyni olub".
Onun sözlərinə görə, Polşa bu cinayətləri araşdırmaqdan imtina edir, ölkədə ölüm düşərgələrinin mövcudluğunu və Qızıl Ordunun əsir düşən əsgərlərinin məhv edilməsini inkar edir: "Polşa rəhbərliyi öz səhvlərini etiraf etmək istəmir və hər şey edilməlidir ki, bu faciənin qurbanları unudulmasın".
Aydın