Xəbər lenti

Polşada Rusiya casus şəbəkəsi – Daha bir həbs
Dünya09:57 04.08.2023

Polşada Rusiya casus şəbəkəsi – Daha bir həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşanın daxili təhlükəsizlik orqanları Rusiya kəşfiyyatında işləyən Belarus vətəndaşını saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Onet” nəşri Polşa xüsusi xidmət orqanlarının məlumatlarına istinadən yazıb.
"Avqustun 1-də saxlanılan şəxs Belarus Respublikasının 39 yaşlı vətəndaşı Mixail A.-dır. O, Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən cinayətkar qrupun tərkibində fəaliyyət göstərən bir şəxsdir", - məlumatda deyilir.
Saxlanılan şəxs 2008-2010-cu illərdə Moskvada işləyib, sonra Sankt-Peterburqa köçüb. 39 yaşlı kişi Rusiyada 6 il cəza çəkib və 2021-ci ildə Polşaya gəlib.
Qeyd edək ki, bir qədər əvvəl Daxili İşlər Nazirliyinin rəhbəri və Polşa Kəşfiyyat Xidmətlərini əlaqələndirən nazir Mariuş Kaminski martın 16-da Daxili Təhlükəsizlik Agentliyinin Rusiyanın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsini sıradan çıxardığını açıqlayıb. Bu əməliyyat çərçivəsində 9 nəfər saxlanılıb.
Mart ayında daha sonra Polşada bu şəbəkənin ifşa etdiyi casusların növbəti həbsləri baş verdi. Xüsusilə, iyunun 30-da Polşada rusiyalı xokkeyçi casusluqda şübhəli bilinərək saxlanılıb .
Alpər