Xəbər lenti

Polşada Rusiyanın xeyrinə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edildi
Dünya 12:36 21.05.2024

Polşada Rusiyanın xeyrinə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edildi

Polşada xüsusi xidmət orqanları bu ölkədə Rusiyanın xeyrinə təxribat fəaliyyətlərində birbaşa iştirakda şübhəli bilinən 9 nəfəri həbs edib.

Qaynarinfo TVN24-yə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib. 

"Hazırda Polşada təxribat aktlarında bilavasitə iştirak etməkdə ittiham olunan doqquz şübhəlimiz var", deyə Polşa hökumətinin başçısı bazar ertəsi televiziyada bildirib.

Polşadakı təxribatla bağlı jurnalistlərin suallarını cavablandıran Tusk məsələnin "çox ciddi” olduğunu vurğulayıb.
O qeyd edib ki, vəziyyət bir sıra Avropa ölkələrinə aiddir - xüsusən də Polşanın özünə, eləcə də Litva və Latviyaya. Bundan əlavə, rəsmi əlavə edib ki, oxşar siqnallar İsveçdən gəlir.

Tusk aydınlaşdırıb ki, həbs edilənlər "döymə, yandırma və yandırmağa cəhddə” ittiham olunurlar.

O, həmçinin regional əməkdaşlıqdan və ölkədə təxribat əleyhinə xidmətlərin effektivliyindən danışıb. Polşanın baş naziri vurğulayıb ki, dövlət bu məsələdə qonşuları və müttəfiqləri ilə məsləhətləşərək hərəkət edir.

"Mən indiyədək xüsusi xidmət orqanlarının göstərdiyi işdən çox məmnunam”, deyə Tusk qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->