Polşa prokurorluğu Şərq ölkələrinin səfirliklərində pul müqabilində Polşa vizalarının verilməsi ilə bağlı "viza qalmaqalı” çərçivəsində yeddi hazırkı və keçmiş məmura qarşı ittiham irəli sürdüklərini açıqlayıblar.
Bu barədə Qaynarinfo RMF FM-ə istinadən
yazır.
"Viza qalmaqalı” keçən həftə Polşa mediası konsulluq və viza məsələlərinə cavabdeh olan xarici işlər nazirinin müavini Pyotr Vavкjikin işdən çıxarılması ilə bağlı araşdırma dərc etdikdən sonra başlayıb.
Məlum olub ki, Vavrjik 20-yə yaxın ölkədən - ilk növbədə Yaxın və Uzaq Şərqdən olan müvəqqəti işçilər üçün viza rejiminin sadələşdirilməsini əmr edib.
Kağız üzərində söhbət əcnəbi işçiləri cəlb etməkdən gedir, lakin KİV-in məlumatına görə, əslində on minlərlə miqrant "beynəlxalq işə götürmə şirkətləri” vasitəsilə Avropaya gəlib, guya bu sxemin arxasında onlar dayanıb.
Mətbuat həmçinin iddia edir ki, Polşa Xarici İşlər Nazirliyinin işdən çıxarılan müavini Polşa konsulluqlarına viza verilməsi lazım olan şəxslərin adları ilə məktublar göndərib.
Mətbuat belə bir hadisəni təsvir edir: özünü Bollivudun çəkiliş qrupu kimi təqdim edən bir qrup hindli adambaşına 25-40 min dollar ödəməklə Polşaya daxil ola bilib. Sxem həmçinin Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətəri əhatə edir.
Nəşr həmçinin Vavrjikin digər mümkün korrupsiya hallarını da aşkarlayıb: bəzi məlumatlara görə, o, öz adamı Yakub Osaydunu İslandiyaya səfir təyin etmək üçün diplomatik nümayəndəliklərin rəhbərlərinin təyin edilməsinə mane olub.
Polşa Milli Prokurorluğu bildirib ki, "viza qalmaqalı” ilə bağlı aparılan istintaq çərçivəsində yeddi təqsirləndirilənə qarşı ittiham irəli sürülüb və onlardan üçü müvəqqəti həbs edilib. İstintaq təqsirləndirilən şəxslərlə bağlı təfərrüatları açıqlamasa da, onların "Xarici İşlər Nazirliyində rəhbər vəzifə tutmadığını” açıqlayıb.
Polşa prezidenti Anjey Duda "viza qalmaqalı”na münasibət bildirərək, "mediada çıxan məlumatların ən azı bəzilərinin reallığa uyğun gəlmədiyi” ifadəsi ilə məhdudlaşıb və istintaqın işıqlandırılmasında obyektivliyə çağırıb.
Nizami Bağırov