Polşa ABŞ-la 4,75 milyard dollar dəyərində hərbi razılaşma imzalayıb.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, saziş "Raytheon Co’s Patriot" adlı raketdən müdafiə sisteminin alışını nəzərdə tutur. Polşa prezidenti Andjey Duda razılaşmanı "Bu qeyri-adi və tarixi andır. Bu, Polşanın yeni dünya texnologiyasına, müasir silahlanma və müdafiə vasitələrinə girişidir" şəklində şərh edib.
"Patriot razılaşması" adını alan müqavilənin məqsədi Rusiyaya qarşı mübarizədə müasir silahlanmanı təmin etməkdir.
Gülşən