Kreml tərəfindən dəstəklənən dezinformasiyaya qarşı mübarizəni gücləndirmək üçün Twitter və Facebook kimi sosial media platformaları Rusiya səfirlərini öz platformalarında qadağa qoymalıdılar.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu sözləri polşalı nazir
deyib.
"Onları çıxardın; onlar minlərlə insanın öldürülməsindən, dinc əhalinin qətliamından məsul olan aqressiv rejimin təbliğat zabitləridir”, - Polşanın rəqəmsal dövlət katibi Yanuş Cieszinski Politico-ya müsahibəsində bildirib.
AB-nin "Russia Today” və "Sputnik” kimi tanınan media qurumlarını qadağan etməsindən sonra, Moskva son aylar öz təbliğatını yaymaq üçün səfirliklərinin geniş şəkildə izlənilən hesablarından daha çox istifadə edir.
Twitter mart ayında Rusiyanın dövlət hesablarını platformalarda yaymayacağını, Facebook isə apreldə Kremlə bağlı səhifələrə qarşı yeni addımlar atacağını açıqlamışdı.
Lakin Polşa Rusiya Xarici İşlər Nazirliyinin məşhur sosial media platformalarına çıxışını məhdudlaşdırmaq üçün daha sərt addımlar atılmasına çalışır.
Rusiya rəsmiləri "yalnız yalan danışır və müzakirəyə dezinformasiya qoyurlar; bunun onlardan başqa heç kim üçün heç bir dəyəri yoxdur”,- Cieszinski deyib.
O həmçinin AB-ni Rusiya propoqandası yayan sosial şəbəkə hesablarına qarşı daha ciddi tədbirlər görməyə sövq edəcəyini deyib.
Nurlan