Dünya 20:41 09.02.2023

Polşanın baş naziri: “NATO çərçivəsində” Kiyevə qırıcı təyyarələr verməyə hazırıq”

Baş nazir Mateusz Moravietski Brüsseldə Aİ sammiti öncəsi mətbuat konfransında deyib ki, Polşa Ukraynaya qırıcı təyyarələr ötürməyə hazırdır, lakin birinci olaraq deyil.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

"Burada mövqeyimiz aydındır. Biz yalnız və müstəsna olaraq NATO çərçivəsində hərəkət edə bilərik. Əgər belə bir qərar verilərsə, o zaman qırıxıları təhvil verən ilk biz olmayacağıq", - Moravietski deyib.

Eyni zamanda, baş nazir qeyd edib ki, Polşa Ukraynaya qırıcı təyyarələr verməkdən imtina etmir, lakin daha çox təyyarəsi olan ölkələrdən sonra bunu etməyə hazırdır.

"Biz buna müsbət cavab verəcəyik, bir şərtlə ki, bu qırıcılardan kimdə daha çox, daha müasirləri varsa, onları Ukraynaya verə bilsinlər. Mən bu mövzunu yalnız bu ardıcıllıqla təsəvvür edirəm. Başqa bir ardıcıllıqla Polşa ön sıralarda olmayacaq, çünki bizim kifayət qədər qırıcılarımız yoxdur, ona görə də biz yeni F-35-lər sifariş etmişik”, – Moravetski bildirib. "Burada təhlükəsizliyimiz birinci yerdədir və bu halda təhlükəsizliyimizin zəifləməsinə yol verə bilmərik”, - o vurğulayıb.

Alpər