Xəbər lenti

Polşanın baş naziri: “Ukraynadakı münaqişə III dünya müharibəsinə keçə bilər”
Dünya10:41 06.02.2023

Polşanın baş naziri: “Ukraynadakı münaqişə III dünya müharibəsinə keçə bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşanın baş naziri Mateuş Moravetski deyib ki, Rusiya ordusu Ukraynanı tərk etməsə, münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilər.
Qaynarinfo-nun məlumatına görə, İspaniyanın "El Mundo” nəşrinə müsahibə verən Moravetski bildirib ki, "müharibənin sonu” Rusiya qoşunlarını Ukraynadan çıxaranda gələcək. "Ya könüllü, ya da məcburi formada”, - o deyib.
"Məcburi forma”nın üçüncü dünya müharibəsi demək ola bilərmi sualını cavablandıran Polşanın baş naziri belə cavab verib: "Biz bütün senariləri nəzərə alırıq”.
Xatırladaq ki, İtaliyanın müdafiə naziri Quido Krosetto daha əvvəl deyib ki, 3-cü dünya müharibəsi "Rusiya tankları Kiyevə və Avropa sərhədlərinə çatanda” başlayacaq. Rusiya Təhlükəsizlik Şurası sədrinin birinci müavini Dmitri Medvedev hesab edir ki, əgər üçüncü dünya müharibəsi olarsa, o zaman "tanklar və qırıcılarla olmayacaq”, sonra isə hər şey "toz”a çevriləcək.
Nizami Bağırov