Polşanın baş ravvini Mixail Şudrix, həmçinin ölkədəki Yəhudi İcmaları Birliyinin sədri Klara Kolodzeisk-Poltyn Rusiya Prezidenti Vladimir Putinin sözlərinə reaksiya verib. Rusiya lideri ötən günlərdə Polşanın nasist Almaniyasındakı keçmiş səfiri Jozef Lipskini Adolf Hitlerin Polşa Yəhudilərini Afrikaya qovmaq fikrini dəstəklədiyi üçün "antisemitizm donuzu" adlandırmışdı.
Qaynarinfo xəbər verir ki, Yəhudi İcmaları Birliyinin verdiyi açıqlamaya görə, deyilənlərin əksinə, Polşa o zaman yəhudi azlığının 10 faizinin mühacirətinə yardım edib.
Eyni zamanda, Polşa bunu "gizli şəkildə hərbi dəstək verdiyi sionist hərəkatı ilə birlikdə” edib. Həmçinin qeyd olunur ki, 1938-ci ildə Üçüncü Reyx minlərlə Polşa yəhudisini qovanda Polşa diplomatik xidmətləri, o cümlədən şəxsən səfir Lipski də onları dəstəkləyib”.
Qeyd edək ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi Putinin İkinci Dünya Müharibəsi ilə bağlı dediyi sözlərin tarixə ortaq baxış mövzusunda Moskva ilə razılaşma cəhdlərinə zərər verdiyini bildirib. Bu fikirlər, Rusiya prezidentinin "Sovet qoşunlarının 1939-cu ildə Polşaya daxil olduğu vaxt ölkə rəhbərliyinin nümayəndələri artıq xaricdə idilər” sözlərinə cavab kimi deyilib.
<iframe src="https://playercdn.cdnvideo.ru/aloha/players/kommersant_vod1.html?source=https%3a%2f%2fvideo.platformcraft.ru%2fvod%2f5e021f8fef3db57b720b3811%2fplaylist.m3u8&poster=%2f%2fmm.kommersant.ru%2fmedia%2f64792.jpg%3f228558&tag=https%3a%2f%2fads.adfox.ru%2f1092%2fgetCode%3fp1%3dbwhmz%26p2%3dfmta%26puid1%3d%26puid2%3d%26puid3%3d%26puid4%3d%26puid5%3d%26puid6%3d%26puid7%3d%26puid8%3d%26puid9%3d%26puid10%3d%26puid11%3d" frameborder="0" scrolling="no" allowfullscreen="" id="fitvid514609" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font: inherit; vertical-align: baseline; position: absolute; top: 0px; left: 0px; width: 600px; height: 339.125px;">