Polşanın prezidentliyə namizədi Karol Navrotski müxalif "Hüquq və Ədalət" partiyası tərəfindən dəstəklənən bir şəxs olaraq, jurnalistlərə Ukraynanı nə Avropa İttifaqının, nə də NATO-nun üzvü kimi görmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, o bu fikri Polsat News telekanalında çıxış edərkən
səsləndirib.
"Bugün mən Ukraynanı heç bir strukturun – nə Avropa İttifaqının, nə də NATO-nun tərkibində görmürəm, hələ polşalılar üçün mühüm sivilizasiya məsələləri həll olunmayıb. Qonşularından 120 min nəfər üzərində çox qəddar cinayət törətməsinə görə cavab verə bilməyən bir ölkə beynəlxalq alyansların tərkib hissəsi ola bilməz", - o deyib.
"Hüquq və Ədalət" partiyası tərəfindən dəstəklənən namizəd eyni zamanda vurğulayıb ki, polşalılar Ukraynalılara hər zaman dəstək veriblər və verməyə davam edirlər.
O, Polşa xarici işlər naziri Radoslav Sikorskinin və Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqanın əldə etdiyi eksqumasiya razılaşmasını "Polşa diplomatiyasının rəhbərinin lazımsız hiyləsi" adlandırıb və bu məsələni "daxili kampaniyanın bir hissəsi" kimi qiymətləndirib.
"Biz, Milli Yaddaş İnstitutunda, bu məsələdə onlarla potensial irəliləyişlə üzləşmişik, buna görə də Polşa diplomatiyasının rəhbərinin coşqusu vaxtsız idi. Milli Yaddaş İnstitutu... hökumətin Volın faciəsi ilə bağlı eksqumasiya məsələsində səylərini dəstəkləyə bilər. Polşa üçün bu məsələ daha əhəmiyyətlidir. İrəliləyiş istəyərdim, amma hələlik belə bir şey yoxdur", - o deyib.
Navrotski əlavə edib ki, Polşa Respublikasının prezidenti olaraq "Ukrayna tərəfinə, göstərilən maliyyə səylərimizin, vətəndaşların səylərinin, Ukraynaya dəstək olmuş hərbi səylərin qarşılığında tərəfdaş münasibəti və qadınlarımızı, uşaqlarımızı dəfn etmək imkanı gözlədiyimizi" çatdıracaq.
"Mənim üçün polşalıların maraqları kürəyimizə vurulan dostluq jestindən daha əhəmiyyətlidir", – deyə o vurğulayıb.
Xatırladaq ki, noyabrın sonunda Polşa və Ukraynanın xarici işlər nazirləri Radoslav Sikorski və Andrey Sibiqa Volın faciəsi qurbanlarının eksqumasiyası məsələsi üzrə birgə bəyanat qəbul ediblər.
Bundan əvvəl Ukraynanın Milli Yaddaş İnstitutu bildirib ki, Polşa vətəndaşlarının tələblərinə cavab olaraq, 2025-ci ildə Rovensk vilayətində polşalıların qalıqlarının axtarışı və eksqumasiyası işlərini planlaşdırır.
Alpər
Şərhlər