"Associated Press" Rusiya raketlərinin Polşanın şərqinə düşdüyünü yazan jurnalisti işdən çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS "The Daily Beast” portalına istinadən məlumat
yayıb.
Qeyd olunur ki, bu, agentliyin noyabrın 15-də dərc etdiyi və adı açıqlanmayan yüksək rütbəli ABŞ kəşfiyyat rəsmisinə istinadən "Rusiya raketlərinin" Polşa sərhədini keçərək iki nəfərin ölümünə səbəb olduğunu iddia edən hesabatdır.
Noyabrın 16-da agentlik düzəliş edib və xəbəri silib. Notada AP-nin "Rusiya raketlərinin” düşməsi barədə "səhv xəbər verdiyi” qeyd edilib. Agentlik raketlərin "çox güman ki, Ukrayna tərəfindən atıldığını” etiraf edib.
Portalın məlumatına görə, agentlik özəl materiala sahib olan jurnalist Ceyms Laportanı işdən çıxarıb. Materialın problemlərindən biri məlumatın bir mənbədən əldə edilən məlumatlara əsaslanması olub, halbuki qaydalar "mənbə anonimdirsə, birdən çox mənbə” tələb edir.
Jurnalistin işdən çıxarılması ilə bağlı Washington Post qəzeti də məlumat yayıb. Nəşr qeyd edib ki, Laporta "kiçik araşdırmadan” sonra işini itirib.
Alpər