Xəbər lenti

Polyanski Rusiya ilə NATO arasında birbaşa toqquşma riskindən danışdı
Dünya06:27 02.09.2023

Polyanski Rusiya ilə NATO arasında birbaşa toqquşma riskindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ilə ABŞ arasında hərbi toqquşma riski mövcuddur. 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Biz dəfələrlə və israrla xəbərdarlıq etmişik ki, vəziyyət kifayət qədər təhlükəlidir və Rusiya ilə NATO arasında birbaşa toqquşma riski artıb", - Polyanski sosial şəbəkə istifadəçiləri ilə söhbəti zamanı deyib.
O əlavə edib ki, NATO Ukraynadakı münaqişədə ciddi şəkildə iştirak edir. Polyanski qeyd edib ki, Qərb Ukraynanı nəinki silahla təmin edə, hətta ordunu da göndərə bilər. Bundan əlavə, Qərbin "Ukraynadakı müəyyən hərəkətlərdə” iştirakını da istisna etmək olmaz, - Polyanski əlavə edib.
Ukrayna lideri Vladimir Zelenski daha əvvəl demişdi ki, Ukrayna "İsrail modeli”nin həyata keçirilməsinə - münaqişə baş verdikdə müttəfiqlərin müdaxiləsi perspektivi olmadan onların sabit hərbi-texniki dəstəyinə ümid edir. Bundan əvvəl 30-a yaxın ölkə ikitərəfli əsasda Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirib.
Alpər