ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Co Baydeni Ukrayna böhranını dərinləşdirməkdə ittiham edib. Siyasətçi hesab edir ki, ABŞ-ın hazırkı prezidenti Rusiyanı "əzməyib”. Sanksiyalar daha əvvəl sərtləşdirilməli və Moskvanın hərəkətlərinin qarşısını almaq üçün NATO tərəfdaşları birgə iştirak etməli idi.
Qaynarinfo xəbər verir ki, Pompeo bunu Fox News-a müsahibəsində deyib.
Diplomat, Baydenin yalnız məhdud sanksiyalar paketi təqdim etməsindən təəssüfləndiyini bildirib. Bu, nəinki Rusiya hakimiyyətini qorxutmayıb, əksinə, onlara gələcək fəaliyyət üçün "yaşıl işıq” yandırıb. Xüsusən də Pompeo bildirib ki, Şimal axını-2-nin tikintisi dayandırılmalı idi. O zaman bu, Moskvanı cilovlayardı.
Keçmiş dövlət katibinin sözlərinə görə, indi NATO özü Estoniya, Litva və Latviyada mövcudluğunu gücləndirməli və bu ölkələri qorumalıdır.
Bundan əvvəl Bayden Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Çərşənbə günü Rusiya elitalarına və banklarına məhdudiyyətlər gələcək. Sanksiyalar dövlət borcuna da təsir edəcək. Amerika prezidentinin sözlərinə görə, təzyiqlər daha da artacaq.
Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin DXR və LXR-in müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Bundan sonra bir sıra Qərb ölkələri Moskvaya qarşı yeni sanksiyalar paketi təqdim ediblər.
Alpər