ABŞ dövlət katibi Mayk Pompeo Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini müvəqqəti ləğv etməli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Buna səbəb Bağdaddakı ABŞ səfirliyinə edilən hücuma görə İraqdakı vəziyyətdir. Məlumatda qeyd olunur ki, Pompeo İraqdakı vəziyyəti izləmək, habelə Yaxın Şərqdəki amerikalıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Vaşinqtonda olmalıdır.
Qeyd edək ki, Pompeonun səfəri 3-7 yanvar tarixlərində planlaşdırılırdı.