11 Sentyabr hadisələrindən sonra ortaya çıxan terror təhdid azalıb. Bu gün əsas təhdid Çin Kommunist Partiyasıdır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib. Vaşinqtonun təzyiqlərinə baxmayaraq, 5G şəbəkəsi üçün Çinin telekommunikasiya nəhəngi Huavey ilə əməkdaşlıqdan imtina etməyən Londonda keçirilən tədbirdə iştirak edən Pompeo Çin Kommunist Partiyasının gündəminin Qərb dəyərlərilə vəhdət təşkil etmədiyini bildirib.
O, həmçinin əlavə edib ki, gələcək əsri Qərbin idarə etməsi üçün hərbi və texnoloji gücə Qərb müttəfiqləri sahib olmalıdır.
"Vətəndaşlarımızın şəxsi və ya milli təhlükəsizliklə bağlı məlumatlarının ÇKP-nin əlinə keçməsinə icazə verilməsi böyük riskdir", - deyə Pompeo bildirib.
Camal