Xəbər lenti

Poroşenko: “Bu kabusa son qoyacağıq”
Dünya11:51 28.05.2014

Poroşenko: “Bu kabusa son qoyacağıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ölkənin şərqində əsl əməliyyatlar nəhayət ki, başlayıb, biz bu kabusa son qoyacağıq”. 

APA-nın xəbərinə görə, bu sözləri Almaniyanın “Bild” qəzetinə açıqlamasında Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko deyib.

P. Poroşenko bildirib ki, şərqi Ukrayna müharibə vəziyyətindədir: “Ölkəmizə qarşı əsl müharibə aparılır, biz buna reaksiya verməliyik”.

Prezident kreslosuna oturmağa hazırlaşan siyasətçi qeyd edib ki, əməliyyatın əsas məqsədlərindən biri separatçıların liderlərini yaxalamaqdır və onlar məhkəmə qarşısına çıxarılmalıdır: “Terrorçuların bundan sonra da insanları oğurlamasına və qətlə yetirməsinə, binaları ələ keçirməsinə yol vermək olmaz”.

P. Poroşenko ordunun maddi təminatının hazırda Kiyev üçün prioritet olduğunu söyləyib.  

Qaynar.info