Ukrayna prezidenti Petro Poroşenko istintaqa çağırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk məlumat verib. Poroşenko Avromeydançılara qarşı törədilən zorakılıqlarla əlaqədar 7 mayda ifadə verəcək.
Qeyd edək ki, Petro Poroşenko 21 apreldə keçirilən prezident seçkilərində Vladimir Zelenskiyə məğlub olub. Hazırkı prezidentin korrupsiya ilə əlaqədar istintaqa cəlb edilməsi də gözlənilir.
Gülşən