
Ukrayna NATO-ya üzv olmaq üçün müdafiə və təhlükəsizlik sektorunu yenidən qurmağa başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
"Strateji müdafiə bülleteni müdafiə və təhlükəsizlik islahatlarının yol xəritəsidir. Bu sənəd yalnız Ukraynanın Silahlı Qüvvələrinə aid deyil, digər sahələrə də aiddir. Biz bununla NATO-ya üzvlüyümüzün faktiki başlanğıcının əsasını qoyduq. İslahatların tamamilə gözlənilən nəticəsini 2020-ci ildə görəcəyik", - Poroşenko qeyd edib.
Qaynarinfo.az