Xəbər lenti

Poroşenko və Putin razılıq əldə ediblər
Dünya18:05 06.06.2014

Poroşenko və Putin razılıq əldə ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya nümayəndəsinin Kiyevə danışıqlar üçün gəlməsi barədə

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki münaqişə və onun həlli yolunu müzakirə ediblər.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, münaqişənin sülh yolu ilə nizamlanması üçün Rusiya nümayəndəsinin Kiyevə danışıqlar üçün gəlməsi barədə razılıq əldə edilib.
 
Poroşenkonun sözlərinə görə, danışıqlara artıq iyunun 8-də start veriləcək.
 

O qeyd edib ki, yaxın zamanlarda Rusiya Ukraynada prezident seçkilərinin nəticələrinin tanınması barədə rəsmi açıqlama verəcək.

Qaynar.info