Xəbər lenti

Poroşenkodan yeni tapşırıq
Dünya15:31 10.06.2014

Poroşenkodan yeni tapşırıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkənin şərqində sakinlərin köçməsi üçün humanitar dəhliz yaradılacaq

Ukrayna prezidenti Pyotr Poroşenko antiterror əməliyyatı keçirilən ərazini tərk etmək istəyən vətəndaşlar üçün humanitar dəhliz yaradılması yönündə hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırığ verib. ANS PRESS-in verdiyi məlumata görə, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb.

Ölkə başçısı Ukrayna təhlükəsizlik xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və fövqəladə hallar üzrə Dövlət xidmətinin rəhbərləri ilə görüşü zamanı bunu bildirib.

Qərarda mülki əhalinin köçürülməsi, tibbi müayinəsi, içməli su, ərzaq və dərman preparatları ilə təmini və eləcədə yol boyu mobil şəbəkələrin yaradılması nazirlər kabinetinə tapşırılıb.

Qərarda bildirilir ki, bütün bunlar xüsusi əməliyyat keçirilən bölgələrdə yeni qurbanların qarşısını almaq məqsədi daşıyır.

Qaynar.info