Xəbər lenti

Poroşenkoya dini sənəd almasına görə cinayət işi açıldı
Dünya18:50 18.06.2020

Poroşenkoya dini sənəd almasına görə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkəsi tərəfindən avtokefali tomosu (müstəqil yerli kilsə sənədi) alması səbəbiylə ona qarşı cinayət işinin açıldığını deyib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, "tomos almaqla dini nifrət oyatmaq" və Ukraynanın qeyri-kanonik pravoslav kilsəsinin yaratmaq iddiasıyla iş açılıb.
Ukraynanın sabiq lideri bunu Kiyevdəki Peçerski məhkəməsinin binası yaxınlığında keçirilən mitinqdə deyib. Həmin məhkəmədə cümə axşamı günü ona qaldırılan cinayət işinin məhkəmə iclası keçiriləcək. Hazırda binanın yaxınlığında onun tərəfdarlarının mitinqi keçirilir.
İyunun 10-da Ukraynanın Dövlət Təhqiqat Bürosu Poroşenkonun səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işində şübhəli şəxs olduğunu bildirib. Söhbət Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə Sergey Semoçkonu xidmət rəhbərinin müavini vəzifəsinə təyin etməsi üçün təzyiqlərdən gedir.
Alpər