Dünya 15:27 18.05.2022

Portuqaliya Ukraynaya 160 ton hərbi yardım göndərir

Portuqaliya hökuməti Ukraynaya növbəti dəfə 160 tonluq hərbi yardım göndərmək qərarı verib. 

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Portuqaliya müdafiə naziri Helena Karreiras məlumat verib.

Helena Karreiras bildirib ki, Avropa Birliyinin təşkil etdiyi görüşdə Ukrayna müdafiə naziri ölkəsinin hələ də ağır silahlara ehtiyacının olduğunu bildirib. 
Portuqaliyalı nazir deyib ki, AB-nin baş diplomatı Cosef Borrel iclası başa vurarkən, Ukrayna xalqının və Ukrayna silahlı qüvvələrinin müqavimətini davam etdirmək üçün üzv dövlətlərdən Ukraynanı dəstəkləməyə davam etməyi xahiş edib. 

Helena Portuqaliyanın mümkün olduğu qədər yardımı davam etdirəcəyini bildirib. 

"Xəbər verdiyimiz kimi, biz birinci mərhələdə 170 tona yaxın öldürücü və qeyri-öldürücü hərbi və digər növ material göndərmişik. İndi biz daha 160 ton materialdan ibarət yeni yardım hazırlayırıq”,- o deyib. 

Nazir bidirib ki, yardım təkcə silahlardan ibarət deyil. Orada tibbi və humanitar yardımlar var. O, həmçinin Portuqaliyanın ukraynalı qaçqınları və yaralı əsgərləri qəbul etməyə hazır olduğunu bildirib. 

Nurlan Hüseynov