
"Qəbələ" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Həmkarlarımızın məlummtına görə, "Qəbələ" Portuqaliyanın "Braqa" klubuna məxsus olan, son mövsümü icarə əsasında Rumıniya "Astra"sında keçirən Yazalde Qomeş Pintonu icarəyə götürüb. Xəbəri futbolçu özü də təsdiqləyib: “Düzdü, mən növbəti mövsüm “Qəbələ”nin heyətində oynayacağam. Ora icarə əsasında keçmişəm”.
Qeyd edək ki, Yazalde Qomeş Pinto 1985-ci ilin 21 sentyabrında Portuqaliyanın Vila-du-Kondi şəhərində doğulub. O, karyerası ərzində "Braqa"nın A və B komandaları ilə yanaşı, "Varzim", "Rio Ave", "Olhanense" və "Beyra-Mar" klublarında çıxış eidb. Ötən mövsüm icarə əsasında "Astra"da çıxış edən Yazalde 31 oyunda 7 qol vurub. 25 yaşlı forvard Portuqaliyanın U-20 (9 oyun, 3 qol) və U-21 (16 oyun, 4 qol) yığmalarında çıxış edib.
Qaynar.info