Xəbər lenti

Portuqaliyada "qatil balinalar" iki saat gəmiyə amansız hücum etdi
Dünya14:00 18.11.2020

Portuqaliyada "qatil balinalar" iki saat gəmiyə amansız hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Portuqaliya sahillərində bir dəstə qatil balina yaxtanı mühasirəyə alıb davamlı hücuma keçiblər. Hücum iki saat davam edib.

QaynarinfoNewsweek-ə istinadla xəbər verir ki, hücum o qədər aqressiv olub ki, gəminin heyəti ciddi qorxu keçirib.

İngilis yaxtaçı gəmisini Fransadan Cəbəllütariqə aparmaq üçün yola çıxıb. Qatil balinalar Portuqaliyadan 30 km məsafədə onun 13 metrlik yaxtasına hücuma keçib. Yaxtaçı qeyd edib ki, böyük təcrübəsi sayəsində onu qorxutmaq asan olmasa da, bu dəfə əsl qorxu yaşayıb.

Bu gənc balinaların hücumu daha çox əylənməyə bənzəyib. Hər zərbə ilə sükan sürətlə dönməyə başlayıb. İngilis kapitan sükan stokunun pozulmasından narahat olub. Heyət peyk telefonu vasitəsi ilə Portuqaliyanın Sahil Mühafizəsinə müraciət edib və cavab alıb ki, mühərriki söndürüb, yelkənləri endirsinlər.

İki saatdan sonra balinalar sakitləşərək üzüb uzaqlaşıblar.

 

Alpər