Xəbər lenti

Portuqaliyadan ukraynalı qaçqınlara böyük təklif
Dünya06:40 28.04.2022

Portuqaliyadan ukraynalı qaçqınlara böyük təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya ukraynalı qaçqınlara 30 mindən çox iş yeri təklif edib.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Portuqaliya əmək naziri Ana Mendes Qodinyo deyib.
Nazir bildirib ki, 1400 ukraynalı qaçqına iş müqavilələri verilib. Ölkə boyu daha 29 min iş yeri də onları gözləyir. 
Parlamentin büdcə və maliyyə komitəsində dinləmələrdə çıxış edən nazir həmçinin ukraynalı qaçqınların iş vəziyyətlərinin monitorinqinin aparıldığını da bildirib. 
İş şəraitini monitorinq edən Portuqaliya qurumu qaçqınların şəraitini öyrənmək üçün iş yerlərinə 41 səfər gerçəkləşdirib. 
Nazir ilk andan vəziyyətə nəzarət etmək və hər hansı istismar hallarının qarşısını almaq üçün monitorinq qrupunun səfərbər edildiyini qeyd edib. 
Nurlan Hüseynov