Portuqaliya yığması UEFA Millətlər Liqasının qalibi olub
Xəbər verildiyi ki, Portuqaliya yığması UEFA Millətlər Liqasının final oyununda İspaniya yığmasını məğlub edib.
Qaynarinfo xəbər verir ki, qarşılaşma Münhendə baş tutub.
Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26) və Kriştiano Ronaldo (61) vurub. İspaniya yığmasından Martin Subimendi (21) və Mikel Oyarsabal (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqibini 5:3 hesabı ilə məğlub edib.
Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnirdə birinci yeri tutmuşdu.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər