Xəbər lenti

Premyer Liqa: Şamaxıda qalib müəyyənləşmədi
İdman 17:13 08.03.2026

Premyer Liqa: Şamaxıda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "Şamaxı" öz meydanında "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra Şamaxı təmsilçisi 27 xalla 8-ci, İmişli klubu isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün digər oyununda "Qarabağ" öz meydanında "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Görüş saat 19:15-də başlayacaq.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib. Tura martın 10-da yekun vurulacaq.

--> -->