İdman 12:50 24.01.2023

Premyer Liqa klubu 19 yaşlı futbolçunun transferini açıqladı

Premyer Liqa komandalarından olan "Aston Villa" heyətini Con Duranla gücləndirib.

Qaynarinfo-nun məlumatına görə, klub MLS komandası "Çikaqo Fayr"dan 19 yaşlı mərkəz hücumçusunu transfer etdiklərini açıqlayıb. Transfer qiyməti ilə bağlı məlumat paylaşılmasa da, İngiltərə mətbuatında yer alan xəbərlərdə Birmingem təmsilçisinin ona 15 milyon funt sterlinq ödəyəcəyi bildirilib.

Yetirməsi olduğu Kolumbiya klubu "Enviqado"dan ötən il "Çikaqo Fayr”a keçən Duran ABŞ komandasının heyətində meydana çıxdığı 28 matçda 8 qol vurub. Gənc istedad Kolumbiya millisində 3 oyunda meydana çıxıb.
 


Səbuhi Həsənov