Xəbər lenti

Premyer Liqa: "Neftçi" Qəbələdə bir xalla kifayətləndi
İdman13:05 10.02.2023

Premyer Liqa: "Neftçi" Qəbələdə bir xalla kifayətləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Qaynarinfo xəbər verir ki, turun ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən matçda hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb.
Qeyd edək ki, aktivində 45 olan "Neftçi" 3-cü pillədə qərarlaşıb. 28-ci xalı olan "Qəbələ" isə 5-cidir.
Onu da qeyd edək ki, turun "Turan Tovuz" - "Kəpəz" və "Qarabağ" - "Sabah" oyunları fevralın 11-də, "Səbail" - "Zirə" və "Sumqayıt" - "Şamaxı" matçları isə fevralın 12-də keçiriləcək.