Xəbər lenti

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəldi
İdman18:55 18.05.2025

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.
Qaynarinfo xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.