Xəbər lenti

Premyer Liqa: "Neftçi" "Zirə"yə, "Qarabağ" "Səbail"lə qarşı
Dünya05:45 22.08.2021

Premyer Liqa: "Neftçi" "Zirə"yə, "Qarabağ" "Səbail"lə qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, günün ilk oyununda son çempion "Neftçi" "Zirə"nin qonağı olacaq. "Ağ-qaralar" I turda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, meydan sahibləri isə "Qarabağ"la bərabərə qalıb - 1:1.
Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəlib. Bunların 5-də flaqman, 11-də isə meydan sahibləri 3 xal qazanıb. 6 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində isə "Zirə"nin minimal üstünlüyü var - 23:22.
Tura "Azersun Arena”da yekun vurulacaq. Vitse-çempion "Qarabağ" "Səbail"i qəbul edəcək. Paytaxt klubu ilk matçda gözlənilmədən "Sabah"a qalib gəlib - 1:0. Bu, tərəflərin Premyer Liqada 16-cı oyunudur. Texniki nəticə nəzərə alınmasa, "dənizçilər" rəqibinə qalib gəlməyib. "Qarabağ" 12 qələbə qazanıbsa, 2 görüş heç-heçə yekunlaşıb. Ağdam təmsilçisi uduzmadığı qarşılaşmaların hamısında qol sevinci yaşayıb. Topların fərqində də "köhlən atlar" aşkar üstünlüyə malikdir - 26:3.
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, II tur
22 avqust
18.30 Zirə - Neftçi
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.
20.30 Qarabağ - Səbail
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
"Azersun Arena”.
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.