Xəbər lenti

Premyer Liqa: "Qarabağ" "Zirə" ilə oyunda xal itirdi
İdman18:21 21.04.2023

Premyer Liqa: "Qarabağ" "Zirə" ilə oyunda xal itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Hesabı 54-cü dəqiqədə meydan sahiblərindən Marko Yankoviç açıb. 5 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə "qartallar" buraxılan qollardan birinin əvəzini çıxıb. Hamidu Keyta adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Eldar Quliyev yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 42 xalı olan "Zirə" isə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, XXXI turun açılış matçında "Şamaxı" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib. Turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.