Misli Premyer Liqasının VII turunda "Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.
Qaynarinfo-nun məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Bakılıların heyətində Coy-Lens Mikels (37-p.) və Kahim Parris (37) fərqləniblər.
Yevlax təmsilçisi 5 xalla 10-cu, qonaqlar 11 xalla 5-ci pillədə qərarlaşıb. Bakı klubunun ehtiyatda bir oyunu var
Tura Qəbələdə yekun vurulacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Bu görüş saat 17:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə"-"Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Şərhlər